Şərqşünaslıq İnstitutu Türkologiya və Mərkəzi Asiya Tədqiqatları İnstitutu ilə əməkdaşlıq edir

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu 2010-cu ildə Rumıniyanın Babeş-Bolya Universitetinin Türkologiya və Mərkəzi Asiya Tədqiqatları İnstitutu ilə imzaladığı əməkdaşlıq haqqında memorandum çərçivəsində bu təhsil müəssisəsi ilə əməkdaşlığı fəal surətdə həyata keçirir. Ötən dövr ərzində həm Rumıniyada, həm də Azərbaycanda birgə konfranslar təşkil edilib, bir sıra tədbirlər həyata keçirilib. Bu günlərdə Rumıniyanın Kluj Napoka şəhərində işıq üzü görən Babeş-Bolya Universitetinin Türkologiya və Mərkəzi Asiya Tədqiqatları İnstitutunun "Türkoloji araşdırmalar və sənədlər" jurnalında da iki müəssisə arasında əməkdaşlığın nümunəsi əks olunur. Belə ki, jurnalın beynəlxalq elmi redaksiya heyətinə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Şahin Mustafayev daxildir və həmin jurnalın bu sayında Ş.Mustafayevin ingilis dilində "Orta əsrlər köçəri cəmiyyətində ali hakimiyyət və hüquqa baxış  adlı elmi məqaləsi dərc olunub. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00