Azay Quliyev: “Leyla Yunus Azərbaycan dilini təhqir edir”

"Hüquq müdafiəçisi" Leyla Yunusun fəaliyyəti başdan-ayağa Azərbaycan dövlətinin əleyhinə yönəlib". Bunu deyən millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin sözlərinə görə, hazırda xalq diplomatiyası adı altında çirkin oyunlar aparılır: "Bu insanlar az qala bu məsələni inhisara alıblar. Həmin adamlardan biri olan Leyla Yunus Azərbaycan dilini necə təhqir edir? Bu dildən ancaq söyüş söyəndə istifadə edir. Bu gün bəzi səfirlər də bunun ətrafında sıx birləşib. Biz bütün QHT-lərə imkan yaratmışıq. Ancaq bu o demək deyil ki, bundan sui-istifadə edib dövlətçiliyimizin əleyhinə getməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00