Millət vəkilindən təklif: “Təzminat düzgün qərar çıxarmayan hakimlərin əmlakından tutulsun”
2 May 2014 16:31 SiyasətMilli Məclisin mayın 2-də keçirilən iclasında deputat Siyavuş Novruzov bəzi hakimləri tənqid edib. Millət vəkili bildirib ki, Avropa məhkəmələrinin bizdə olan məhkəmələrə tutduğu iradlardan biri də bəzi məhkəmələrdə prosedur qaydalarının pozulması nəticəsində prosesləri qeyri-obyektiv hesab etmələridir: "Bunun nəticəsi olaraq Azərbaycan dövləti, Azərbaycan vətəndaşının vergiləri, gəlirləri hesabına topladığı büdcədən həmin insana 15-30 min avro təzminat ödəyir. Bir nəfər hakimin düzgün çıxarmadığı qərarı Azərbaycan dövləti öz büdcəsindən ödəməyə qadirdir. Fikrimcə, bu məsuliyyət yerli məhkəmələrin üzərinə düşməlidir. Əgər bu məsuliyyət düşürsə və o düzgün qərar qəbul etməyəcəksə, həmin təzminat onun əmək haqqından, əmlakından tutulsun və ödənilsin. Nəyə görə dövlət öz büdcəsindən hansısa bisavada və yaxud düzgün qərar verməyən birinə görə kimlərəsə vəsait ödəməlidir?"