Sankt-Peterburqda Heydər Əliyevin 91 illiyi qeyd olunacaq.
2 May 2014 16:31 SiyasətÜmummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı xarici ölkələrdə də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. "OLAYLAR"-ın xəbərinə görə, belə yubiley təbdirlərindən biri Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək. Yubiley tədbirlərində iştirak etmək üçün Azərbaycandan da nümayəndə heyəti Sankt-Peterburqa gedib. Bu barədə öz facebook statusunda yazan nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, mayın 3-də Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaranmasının 10 illiyi münasibəti ilə tədbir keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00