Oqtay Əsədov: “Minsk Qrupu hesabat verməlidir”
2 May 2014 15:48 Siyasət""ATƏT-in Parlament Assambleyasının 30-cu iclası Bakıda keçiriləcək". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov deyib. Spiker təklif edib ki, həmin sessiyada ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılcaq danışqlarla bağlı Azərbaycan hökumətinə hesabat versin. "Bununla bağlı məsələ Milli Məclisin ya budəfəki, ya da növbəti iclasının gündəliyinə salınsın. Minsk Qrupunun bu hesabatının ATƏT-in Parlament Assambleyasının iclasında dəyərləndirilməsi və müzakirə edilməsi Dağlıq Qarabağ probleminin həll edilməsinə müsbət təsir göstərə bilər"
Spikerin bu təklifi millət vəkilləri tərəfindən alqışla qarşılanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00