Oqtay Əsədov: “Həmsədrlərin bəzilərinin Qarabağ problemindən xəbəri yoxdur”

"ATƏT-in Minsk Qrupu üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmir". Bunu deyən Milli Məclisin sədri Oqtay Əsədovun sözlərinə görə, "ATƏT-in Minsk Qrupunun yeni gələn bəzi həmsədrlərinin Dağlıq Qarabağ problemi haqqında ümumiyyətlə məlumatları yoxdur: " Onlar bu problemi Tvitter üzərindən həll etməyə çalışır və bəzi erməni jurnalistləri ilə əlaqə qurmağa can atırlar. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ problemi haqqında 4 qətnaməsi var. Minsk Qrupu həmsədrləri də bu qətnamələr üzərində işləməli və Qarabağ probleminin həll edilməsinə kömək etməlidirlər". Spiker təklif etdi ki, Minsk qrupunun hesabatı Bakıda keçiriləcək ATƏT PA-nın sessiyasının gündəliyinə salınsın. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00