Əli Hüseynli: “Leyla Yunusun dövlət vəsaitini mənimsəməsinə kömək edən şəxslərdən biri də Rəna Səfərəliyevadır”

"Son dövrlər Milli Məclis əleyhinə bəzi Kütləvi İnformasiya Vasitələrində və müəyyən təşkilatların hesabatlarında qərəzli informasiyalar yayımlanır". Bunu deyən parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə, Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatında Parlament haqqında yayımlanan məlumat qədəzlidir: "Beynəlxalq Şəffaflıq Təşkilatı yayımladığı hesabatda Milli Məclisə aid olmayan yalan məlumatlar dərc edilib. Öncə onu qeyd edim ki, hər hansısa bir təşkilat haqqında hesabat hazırlanmadan öncə həmin təşkilata məlumat verilməlidir. Rəna Səfərəliyevanın rəhbərlik etdiyi BTŞ-nin hesabatında Parlament haqqında dərc olunan məlumatlar təmamilə hüquqa ziddir. Ancaq Leyla Yunusun 100 minlərlə dövlət vəsaitini mənimsəməsinə kömək edən şəxslərdən biri də məhz Rəna Səfərəliyevadır". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00