İsveç təyyarəsi Qara dəniz üzərində radar kəşfiyyatı aparır-ÖZƏL
14:03 Siyasətİsveç Silahlı Qüvvələrinə məxsus Gulfstream S102B Korpen radar kəşfiyyat təyyarəsi Qara dənizin cənub hissəsində beynəlxalq sular üzərində uçuş həyata keçirir. Olaylar.az xəbər verir ki, TASS xəbər verir ki, bu barədə AB hava hərəkətinin idarə olunması xidmətindəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, təyyarə Malmö hərbi bazasından havaya qalxıb, Baltik dənizi və bir sıra Aİ ölkələri üzərindən keçərək Qara dəniz üzərindəki uçuş marşrutuna daxil olub. Təyyarə təxminən 12,5 kilometr yüksəklikdə qərbdən şərqə doğru uçur və daha sonra geri qayıtması gözlənilir.
Qeyd olunub ki, İsveç kəşfiyyat təyyarələri bu ərazidə nadir hallarda müşahidə olunur. Onun uçuş trayektoriyası Qara dəniz üzərində mütəmadi uçuşlar həyata keçirən NATO-nun Bombardier ARTEMIS II kəşfiyyat təyyarəsinin marşrutuna bənzəyir.