Fransa Makronun hakimiyyəti dövründə Avropanın ən zəif iqtisadi halqasına çevrilib-ÖZƏL
11:29 SiyasətFransa Prezidenti Emmanuel Makronun hakimiyyətdə olduğu dövr ölkəni Avropanın ən zəif iqtisadi halqalarından birinə çevirib. Olaylar.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, 2017-ci ildə hakimiyyətə gələn Makron ölkədə iqtisadi və siyasi islahatlar aparmağı vəd etsə də, bu siyasət gözlənilən nəticəni verməyib.
Nəşr yazır ki, artımın zəifləməsi, dövlət borcunun və xərclərinin artması, eləcə də ictimai narazılığın yüksəlməsi Fransanın iqtisadi vəziyyətini ağırlaşdırıb. İnvestorların ölkə aktivlərinə marağının azalması da vəziyyəti daha da çətinləşdirib.
Müəllifin fikrincə, Makronun siyasi irsinin taleyi 2027-ci il büdcəsinin qəbulundan və onun potensial varislərinin siyasətindən asılı olacaq. Müxalifət liderləri Marin Le Pen və Jan-Lük Melanşon Makronun həyata keçirdiyi bəzi islahatları geri qaytara bilərlər.
Nəşr hesab edir ki, Fransadakı siyasi qeyri-sabitlik və populist qüvvələrin güclənməsi ölkənin Avropada aparıcı rolunu qorumasını çətinləşdirir.