Flydubai təyyarəsindəki insident: Oman pilotun radikal baxışları barədə məlumatı gizlədib – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Wall Street Journal" qəzetinin mənbələrinə istinadən verdiyi məlumata görə, sentyabrın 30-da "Flydubai" şirkətinin Dubay-Təl-Əviv reysində kapitana balta ilə hücum edərək təyyarəni qəzaya uğratmağa çalışan ikinci pilot Həməm əl-Həmmami əvvəllər "Oman Air" aviaşirkətində çalışıb. Oman hakimiyyəti onun sosial şəbəkələrdəki fəaliyyətini araşdırdıqdan sonra radikal ideologiyaya meyil etdiyini müəyyənləşdirib, ona uçuşları qadağan edərək deradikalizasiya proqramına yönəldib və ofis işinə keçirib. Lakin rəsmi məsqəd bu təhlükə barədə digər ölkələrə və aviaşirkətlərə, o cümlədən BƏƏ-yə məlumat verməyib və pilotun lisenziyasını rəsmən ləğv etməyib. Fevral ayında pilotu işə götürən "Flydubai" isə onun keçmiş təcrübəsini yoxlamayıb və hazırda BƏƏ-də işəqəbul heyətinə qarşı təhqiqat aparılır. Təyyarənin Səudiyyə Ərəbistanına məcburi eniş etməsi ilə nəticələnən bu hadisə İsrail və BƏƏ Baş Prokurorluğu tərəfindən terrora cəhd kimi qiymətləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31