Zəngəzur dəhlizi regionun iqtisadi xəritəsini dəyişdirəcək- ÖZƏL

"Azərbaycanın regional əhəmiyyətini artıran digər mühüm amil emal sənayesində formalaşdırdığı potensialdır. Bu gün ölkə yalnız xam neft və qaz ixracatçısı kimi çıxış etmir. Son illərdə həyata keçirilən investisiyalar nəticəsində neft emalı, neft-kimya və enerji məhsullarının istehsalı istiqamətində ciddi imkanlar yaradılıb. SOCAR-ın beynəlxalq bazarlardakı mövqeyinin güclənməsi, xüsusilə İtaliyada "Italiana Petroli" şirkətinin alınması nəticəsində Aralıq dənizi hövzəsində emal gücünün əhəmiyyətli dərəcədə artırılması Azərbaycanın enerji sektorunun yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu, ölkənin əlavə dəyər yaradan iqtisadi modelə keçidini sürətləndirən mühüm amillərdən biridir". "Olaylar" xəbər verir ki, bunu  YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib: "Müasir dövrdə enerji marşrutları ilə nəqliyyat dəhlizləri bir-birini tamamlayan strateji sistemlərə çevrilib. Azərbaycan da məhz bu yanaşma əsasında son illərdə dəmir yolu və avtomobil yolu infrastrukturuna böyük həcmdə investisiyalar yatırıb. Bunun nəticəsində Şərq-Qərb nəqliyyat dəhlizi Avrasiyanın ən vacib yük marşrutlarından biri kimi fəaliyyət göstərir. Asiya ilə Avropanı birləşdirən bu xətt qlobal ticarətin təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsində mühüm rol oynayır.

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışında xüsusi diqqət yetirdiyi məsələlərdən biri də Zəngəzur dəhlizinin perspektivləri ilə bağlı idi. Şərq-Qərb dəhlizinin yeni qolu kimi nəzərdə tutulan bu layihə regionun iqtisadi xəritəsini dəyişdirə biləcək təşəbbüslərdən hesab olunur. Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı Naxçıvanla birbaşa birləşdirməklə yanaşı, Türk dünyasının nəqliyyat əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31