“Biz Ermənistandakı yurd yerlərimizə ləyaqətli qayıdış istəyirik”- ÖZƏL
10:18 Siyasət"Azərbaycan Prezidenti cənab İlham Əliyev torpaqlarımızı işğaldan qurtarmamıza yol açan səbəbləri sadalayarkən burada güc və ruh amili üzərində xüsusi dayanır. Özünü haqlı sanmayanda isə güclü ruhun olması mümkünsüzdür". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Biz Ermənistandakı yurd yerlərimizə savaşsız, dinc və ləyaqətli qayıdış istəyirik. Bu istək, onu reallaşdırmaq ruhu isə haqlılığımızdan doğur. O nə qədər güclü olacaqsa, qayıdışımız bir o qədər tezləşəcək. Güclü də olmalıdır. Çünki torpaqlarımızı işğaldan azad etmək məsələsində nə qədər haqlı idiksə, Ermənistandakı yurd yerlərimizə dönüş istəyimizdə də bir o qədər haqlıyıq. Ulu Öndər Heydər Əliyevin də bildirdiyi kimi biz bir gün o torpaqlara qayıdacağıq. Mütləq qayıdacağıq!"