Deputatlarımız İstanbulda keçiriləcək Forumda iştirak edəcəklər

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və deputat Nigar Arpadarai "Sıfır Tullantı Forumu 2026" adlı tədbirdə iştirak etmək üçün iyunun 4-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.
İstanbul Sıfır Tullantı Həftəsi çərçivəsində keçiriləcək və "Antalyaya gedən yol: Sıfır tullantı iqlim tədbiri kimi" mövzusuna həsr olunmuş Forumda sıfır tullantı və iqlim dəyişikliyi məsələlərinin müzakirəsi, əməkdaşlığın təşviqi, həmçinin bu sahədə müxtəlif sektorlar üzrə dayanıqlı yanaşmaların araşdırılması barədə fikir mübadiləsi aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31