KTMT baş katibi: Ermənistan hələ də təşkilatın tamhüquqlu üzvüdür – ÖZƏL

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (ODKB) rəhbərliyi bəzi siyasətçilərin bəyanatlarına baxmayaraq, Ermənistanı hələ də qurumun tamhüquqlu üzvü hesab edir. 

Olaylar.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Taalaybek Masadıkov təşkilata üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Baş katib qeyd edib ki, son iclasda Ermənistanın üzvlüyü məsələsi müzakirə edilməyib: "Bu, siyasi məsələdir. İndiyə qədər Ermənistan tərəfindən rəsmi şəkildə fərqli bir qərar və ya müraciət daxil olmayıb. Ermənistanın və ya digər dövlətlərin siyasətçiləri tərəfindən səsləndirilən seçkiqabağı və ya seçkidən sonrakı ritorikalar isə müxtəlif ola bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31