Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfərə gedib
20:41 SiyasətMilli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak etmək üçün Serbiya Respublikasına işgüzar səfərə gedib.
Milli Məclisin Mətbuat vəi ctimaiyyətlə əlaqələr şöbəsindən Olaylar-a bildirilib ki, Belqrad şəhərinin Nikola Tesla beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Serbiya Milli Assambleyasının Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Duşan Mariç, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31