Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

GUAM-ın Baş katibi Altay Əfəndiyev Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Olaylar xəbər verir ki, məktubda qeyd olunub:

"Demokratiya və İqtisadi İnkişaf Təşkilatı - GUAM-ın Beynəlxalq Katibliyi adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası dinamik, mütərəqqi yolla irəliləməkdə davam edir, ölkənin müstəqilliyi, suverenliyi daha da möhkəmlənir, xalqın arzu və istəkləri gerçəkləşir.

Ənənəyə uyğun olaraq, bu il də Müstəqillik Günü həm sosial-iqtisadi inkişaf istiqamətində, həm də regional və qlobal məsələlərdə yeni mühüm nailiyyətlərlə qeyd olunur.

Azərbaycan Silahlı Qüvvələrinin şanlı Qələbəsindən sonra azad edilmiş torpaqların bərpası və yenidən qurulması prosesi uğurla və sürətlə davam edir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı ilə bağlı Proqram Qarabağ bölgəsinin dirçəlişinə, yenilənməsinə, eləcə də ölkə iqtisadiyyatına inteqrasiyasına töhfə verir.

Bu gün dinamik və inkişaf edən iqtisadiyyatı ilə Azərbaycan əsas layihələr, təşəbbüslər irəli sürməklə və həyata keçirməklə regional tərəqqi, beynəlxalq əməkdaşlıq üçün hərəkətverici qüvvə kimi çıxış etməkdə davam edir.

Azərbaycan, həmçinin böyük nüfuz və təsir gücünə malik mühüm regional və beynəlxalq aktora çevrilir, Qoşulmama Hərəkatı, COP və digər beynəlxalq platformalar kimi qlobal təşkilatlarda və təşəbbüslərdə liderlik yolu ilə sülhü, təhlükəsizliyi və dialoqu müdafiə edir. Bu yaxınlarda ölkənin ev sahibliyi etdiyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası bunun daha bir sübutudur. Beynəlxalq münasibətlər sistemindəki böhran dövrlərində, beynəlxalq hüququn prinsiplərinin pozulduğu bir vaxtda Azərbaycan nümunə göstərərək bütün millətlər üçün dinc yanaşı yaşamağın müəyyən edilmiş norma və prinsiplərinə əsaslanan ədalətli bir dünyanı müdafiə edir.

Ermənistanla sülhün əldə edilməsi istiqamətində atılan addımlar Azərbaycanın regional sülhün və əməkdaşlığın bərqərar olmasına sadiqliyini nümayiş etdirir və bu, təqdirlə qarşılanır. Xüsusilə Ermənistanla ədalətli və davamlı sülhün əldə olunmasında Sizin şəxsi iştirakınızı və səylərinizi yüksək qiymətləndiririk. Bu məqsədə çatmaqda Sizə uğurlar arzulayırıq.

Zati-aliləri, bu il 20-ci ildönümünü qeyd etdiyimiz GUAM-ın təsisçi üzvü kimi Azərbaycanın fəal və konstruktiv rolunu yüksək qiymətləndiririk.
Biz GUAM-ın sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşviqi üçün nadir və səmərəli regional platforma olduğuna qətiyyətlə inanırıq. Son zamanlar baş verən dərin geosiyasi dəyişikliklər coğrafiyamızın Şərq ilə Qərb, Avropa ilə Asiya arasında təbii bir əlaqə kimi geostrateji əhəmiyyətini daha çox nümayiş etdirdi. Həmçinin təşkilatımızın üzv dövlətlərin və beynəlxalq ictimaiyyətin maraqları, rifahı naminə regionumuzun üstünlüklərindən və potensialından istifadə etmək gücündə olduğuna inanırıq.

Müstəqilliyi daha da gücləndirəcək və xalqlarımızın rifahını artıracaq ortaq təşəbbüslərimizi, layihələrimizi həyata keçirməkdə Azərbaycan Respublikası ilə əməkdaşlığımızı dərinləşdirməyi səbirsizliklə gözləyirik.

Hörmətli cənab Prezident, bu əlamətdar bayram münasibətilə Sizə ölkənin daha da inkişaf etdirilməsi, müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi ilə bağlı səylərinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına davamlı sülh, tərəqqi və firavanlıq arzulayırıq".

xxx
18:11

İsraildə fəaliyyət göstərən "Sholumi" Mərkəzinin rəhbəri Şaul Siman-Tov Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Olaylar xəbər verir ki, məktubda qeyd olunub:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı səmimi-qəlbdən tərik edirəm.

28 May milli dirçəliş, dövlətçilik və demokratiya dəyərlərinə sadiqliyin rəmzi kimi Azərbaycanın tarixində xüsusi yerə malikdir. Bu gün Azərbaycan güclü, müasir və dinamik şəkildə inkişaf edən, beynəlxalq arenada öz mövqeyini inamla möhkəmləndirən dövlətdir.

Sizin həyata keçirdiyiniz multikulturalizm, tolerantlıq və millətlərarası barışığın qorunub saxlanılması siyasəti xüsusi hörmətə layiqdir. Bunun sayəsində Azərbaycan bütün dünyada müxtəlif xalqların və konfessiyaların nümayəndələrinin qarşılıqlı hörmət və dostluq şəraitində yaşadığı ölkə kimi tanınır. Bu, İsraildə yaşayan azərbaycanəsilli insanlar üçün xüsusi əhəmiyyətə malikdir və onların uşaqlıq, gənclik illərinin keçdiyi ölkə ilə bağlı səmimi qürur hissi doğurur.

Sizə möhkəm cansağlığı, əmin-amanlıq, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı sülh, sabitlik və tərəqqi arzulayıram".

xxx
14:40

"Mir" Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Olaylar xəbər verir ki, məktubda qeyd olunub:

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə "Mir" Dövlətlərarası Teleradio Şirkəti adından və şəxsən öz adımdan Sizə təbriklərimi çatdırıram.

İcazə verin, Sizə və bütün Azərbaycan xalqına davamlı sülh, sabitlik, əmin-amanlıq və tərəqqi arzulayım. Qoy, müstəqillik və suverenlik tərəqqi və birliyin təməli olmaqda davam etsin!

Sizi əmin edirik ki, "Mir" Teleradio Şirkəti respublikada baş verən hadisələri bundan sonra da maksimum dərəcədə obyektiv və geniş işıqlandıracaq".

xxx
14:39

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Olaylar xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan gözəl və firavan ölkədir, qeyri-adi zəngin insan potensialına malikdir. Bu gün Azərbaycan Respublikası gələcəyə inamla baxır və bütün vətəndaşlarının rifahı naminə dinamik şəkildə inkişaf edir.

Qoy, ölkələrimiz arasında tərəfdaşlıq və xalqlarımızın dostluğu ildən-ilə daha da möhkəmlənsin!

Azərbaycana davamlı inkişaf və rifah arzulayıram".

xxx
14:38

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Olaylar xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Bu bayram Azərbaycan üçün dirçəlişin və öz tarixinə hörmətin rəmzidir. Suveren inkişaf illərində ölkə zəngin mədəni ənənələrini və milli kimliyini qoruyub saxlayaraq beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirib. Azərbaycanın dinamik iqtisadi inkişafını insanlara, elm və təhsilə, mədəniyyətə qayğı ilə birləşdirmək qabiliyyəti xüsusi hörmətə layiqdir. Sözsüz ki, bu, ölkənizin gələcəyini müəyyən edən və bütün səylərini onun tərəqqisinə sərf edən lider kimi şəxsən Sizin xidmətinizdir.

Biz Qaraçay-Çərkəz ilə Azərbaycan arasında dostluq və mehriban qonşuluq münasibətlərinə dəyər veririk. Əminəm ki, əməkdaşlığımız respublikalarımızın xalqlarının rifahı naminə daha da möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və yeni-yeni uğurlar, Azərbaycan vətəndaşlarına isə sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram".

xxx
29.05.2026
16:21

San-Marino Respublikasının Regent Kapitanları Aliçe Mina və Vladimiro Selva Prezident İlham Əliyevə məktub ünvanlayıblar.

Olaylar xəbər verir ki, məktubda qeyd olunub:

"Sizə və dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Bu əlamətdar gündə Zati-alinizə müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək arzulayırıq".

xxx
12:31

Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Olaylar xəbər verir ki, məktubda qeyd olunub:

"Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə, Hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Tarixdə mühüm dönüş nöqtəsi olan 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının qeyd edildiyi bu əlamətdar bayram xalqınızın suverenliyə, milli ləyaqətə və maariflənməyə sarsılmaz sadiqliyinin qürurverici təsdiqidir.

Azərbaycanın əvəzolunmaz Ümummilli Lideri Heydər Əliyevin və Bakıda Şəhidlər xiyabanında uyuyan qəhrəman şəhidlərin məzarlarını ehtiramla yad etmək mənə Azərbaycan xalqının cəsarətini, fədakarlığını və möhkəm iradəsini bir daha xatırlatdı. Mərhum atanız Heydər Əliyevin milli ləyaqət və dövlətçiliklə bağlı zəngin irsi bu gün Azərbaycanın hüdudlarından kənarda da böyük hörmətlə qarşılanır.

Azərbaycan Respublikası bu gün Zati-alinizin uzaqgörən rəhbərliyi altında böyük uğurla və inamla inkişaf edir, dünya dövlətlərinin hörmət və rəğbətini qazanır. Fürsətdən istifadə edərək bu yaxınlarda Zati-alinizlə görüşümüz zamanı, ümumiyyətlə Bakıda olduğumuz müddətdə mənə və nümayəndə heyətimə göstərdiyiniz yüksək səmimiyyətə və qonaqpərvərliyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Zati-aliniz və qardaş Azərbaycan xalqı tərəfindən Pəncab xalqına qarşı ifadə edilən, qəlbimizdə silinməz iz buraxan dostluq və qardaşlıq hisslərini həmişə hörmət və məhəbbətlə xatırlayacağıq. Pakistan İslam Respublikası, onun Pəncab əyaləti və Azərbaycan Respublikası arasındakı əlaqələrin əsasında ortaq dəyərlər, qarşılıqlı etimad, həm çətin, həm də xoş günlərdə bir-birinə göstərilən sarsılmaz dəstək dayanır. Bu əlaqələrin qarşıdakı illərdə daha da möhkəmlənəcəyinə və Pəncab xalqı ilə Azərbaycan xalqı arasındakı qardaşlıq əlaqələrinin daha da dərinləşəcəyinə səmimi-qəlbdən inanıram.

Zati-aliləri, bir daha ən yüksək ehtiramımı və Azərbaycan Respublikasına davamlı sülh, tərəqqi və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".

xxx
25.05.2026
19:24

Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Olaylar xəbər verir ki, məktubda qeyd olunub:

"Çox hörmətli cənab Prezident.

Avrasiya Yəhudi Konqresi adından və şəxsən öz adımdan Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Bu bayram Azərbaycanın suverenliyinin, milli ləyaqətinin və ardıcıl inkişafının rəmzidir. Ölkəniz Sizin rəhbərliyinizlə beynəlxalq arenada mövqelərini inamla möhkəmləndirir, sabitlik, iqtisadi artım, eləcə də millətlərarası və dinlərarası həmrəylik prinsiplərinə sadiqliyini nümayiş etdirir.

Azərbaycanda formalaşmış qarşılıqlı hörmət və tolerantlıq mühitini, həmçinin yəhudi irsinin qorunmasına və ölkədəki yəhudi icmasının inkişafına göstərilən xüsusi diqqəti yüksək qiymətləndiririk. Bu ənənələr xalqlar arasında dinc birgəyaşayışın və qarşılıqlı anlaşmanın mühüm nümunəsidir.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq arzulayıram".

xxx

20:40

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Olaylar xəbər verir ki, məktubda qeyd olunub.

"Hörmətli cənab Prezident.

İcazə verin, Azərbaycanın Müstəqillik Günü münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi təbrik edim. Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram. Qoy, xalqınız həmişə sülh və firavanlıq içində yaşasın".

xxx
15:31

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Olaylar xəbər verir ki, məktubda qeyd olunub.

"Türk Mədəniyyəti və İrsi Fondu adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik etməkdən dərin məmnunluq duyuram. Sizə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına daim tərəqqi və firavanlıq arzu edirəm.

Bu əlamətdar gün Azərbaycan xalqının şanlı tarixinin, güclü iradəsinin və müstəqilliyə olan sarsılmaz inamının rəmzidir. Bu gün Azərbaycanın müstəqilliyi Sizin rəhbərliyinizlə daha da möhkəmlənib. Azərbaycan hazırda beynəlxalq arenada öz sözünü demiş bir dövlət kimi layiqli yerini tutur.

Təşəbbüsünüzlə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının birliyini, ortaq mədəni irsimizin qorunmasını və gələcək nəsillərə ötürülməsini qürurla həyata keçirir. Azərbaycan bu böyük Türk ailəsinin iftixar qaynağı, mədəniyyəti, dili və tarixi ilə Türk dünyasının möhkəm sütunlarından biridir. Zati-aliniz tərəfindən Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, dilinin, mədəni irsinin qorunması sahəsində görülən işlər Türk dünyasının tərəqqisinə əvəzsiz töhfədir.

Bu münasibətlə xüsusilə qeyd etmək istərdim ki, 1926-cı ildə Bakıda təşkil olunmuş Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamınız son dərəcə tarixi əhəmiyyət daşıyır. Həmin Sərəncam türk xalqlarının intellektual birliyinin, ortaq elminin, mədəniyyətinin və dilinin dərin köklərini dünyaya bir daha nümayiş etdirən mühüm siyasi iradənin ifadəsidir. Fond olaraq biz də bu tarixi hadisənin layiqincə qeyd edilməsi üçün öz töhfəmizi verməyə hazırıq və bu istiqamətdə müvafiq işlər aparırıq.

Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını Qurban bayramı münasibətilə də ürəkdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, bütün dualarınızın və qurbanlarınızın qəbul olunmasını arzulayıram".

xxx
15:24

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Olaylar xəbər verir ki, məktubda qeyd olunub:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Bu tarixi gün Azərbaycan xalqının müstəqillik və suveren inkişafla bağlı sarsılmaz iradəsinin rəmzinə çevrilib.

Bu gün Azərbaycan dinamik tərəqqi yolunda inamla irəliləyir, iqtisadi, sosial sahələrdə böyük uğurlar qazanır və beynəlxalq arenada öz nüfuzunu möhkəmləndirir.

Əminəm ki, Sizin ali dövləti vəzifənizdə fəaliyyətiniz Azərbaycan Respublikasının daha da inkişafına və Müstəqil Dövlətlər Birliyi çərçivəsində çoxplanlı səmərəli əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, rifah, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".

xxx
12:01

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Olaylar xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident.

bp şirkəti adından Sizi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycanda dünya miqyaslı enerji layihələrini təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirməkdən qürur duyuruq. Bu layihələrin uğurlu icrasında Sizin davamlı dəstəyiniz, həmçinin SOCAR və Azərbaycan Hökuməti ilə qurulmuş etibarlı və strateji tərəfdaşlıq münasibətləri mühüm rol oynayır.

Biz SOCAR ilə uzunmüddətli tərəfdaşlığımızın qarşıdakı onilliklər ərzində daha da genişlənərək həm Xəzər regionunda, həm də onun hüdudlarından kənarda yeni əməkdaşlıq imkanları yaradacağına əminik.

bp olaraq, Azərbaycanın enerji təhlükəsizliyinə, dayanıqlı inkişafına və regional əməkdaşlığın möhkəmləndirilməsinə bundan sonra da töhfə vermək öhdəliyimizə sadiq qalırıq.

Bu əlamətdar gün münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayıram".

xxx
25.05.2026
22:08

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

Olaylar xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə biz, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Sizə ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Sizin rəhbərliyinizlə Azərbaycan beynəlxalq dialoqa, çoxtərəfli əməkdaşlığa və qlobal əlaqələrə mühüm töhfə verərək öz rolunu gücləndirməkdə davam edir. Ölkənin sürətli inkişafı və artan beynəlxalq mövqeyi xalqınız üçün qürur mənbəyidir və eyni zamanda dünyanın hər yerində Azərbaycanın dostlarını sevindirir.

Həmçinin Sizi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda uğurlu təşkili münasibətilə təbrik edirik. Bu Forum bir daha Azərbaycanın dövrümüzün ən aktual problemlərinin həllinə həsr olunmuş qlobal toplantılara ev sahibliyi etmək qabiliyyətini nümayiş etdirdi.

Bu ilin mart ayında keçirilən XIII Qlobal Bakı Forumunda Siz Nizami Gəncəvi Beynəlxalq Mərkəzini qlobal problemlərin həllində fəal iştirak etməyə çağırmışdınız. Buna uyğun olaraq Mərkəz Ümumdünya Şəhərsalma Forumunun

13-cü Sessiyası zamanı müzakirələrdə 15-dən çox üzvünün fəal iştirakı ilə Foruma töhfə verməkdən şərəf duyur.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə davamlı dəstəyinizə və artan qlobal qeyri-müəyyənlik dövründə dialoqun və beynəlxalq əməkdaşlığın təşviqinə göstərdiyiniz diqqətə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Zati-aliləri, ən yüksək ehtiramımızı və Azərbaycan Respublikasına, onun xalqına davamlı sülh, firavanlıq və uğurlar arzularımızı qəbul etməyinizi xahiş edirik".

xxx
16:36

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Sizi Türk Dünyası Mediatorlar Birliyi adından 28 May - Müstəqillik Günü və müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Bu bayramlar Azərbaycan xalqının müstəqillik iradəsini, həmrəyliyini və milli-mənəvi dəyərlərə sadiqliyini bir daha aydın şəkildə nümayiş etdirir.

Siz hər zaman dünyada sülhün, əməkdaşlığın və inkişafın tərəfdarı olmusunuz, bəşəriyyətin rifahına töhfələr vermisiniz. Sizin rəhbərliyinizlə Azərbaycan yalnız türk dünyasının deyil, həm də beynəlxalq ictimaiyyətin inkişafına yönələn nümunəvi təşəbbüslərin mərkəzinə çevrilmişdir.
Türk dünyasının bir ailə kimi birləşməsində Sizin rolunuz danılmazdır. Azərbaycan bu gün Sizin rəhbərliyinizlə türk dünyasının "şah damarı" və körpüsü kimi qəbul olunur.

Türk dövlətlərinə səfərlərimiz zamanı Sizə göstərilən sevgi və hörmət bizə böyük qürur verir. Hər kəs Sizi türk dünyasının zəfər lideri və qüruru kimi qəbul edir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla, eyni zamanda digər Türk dövlətlərinin başçıları ilə səmimi dostluğunuz və əməkdaşlığınız təkcə Türk dünyasında deyil, beynəlxalq miqyasda da nümunəvi qardaşlıq və dostluq modeli kimi dəyərləndirilir.

Azərbaycan Respublikasının Mediasiya Şurasının da qurucu üzvlərindən olduğu Türk Dünyası Mediatorlar Birliyi ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə xüsusi önəm verir. Sizin Türk dövlətləri ilə bağlı siyasətiniz bizim üçün strateji xəttin əsasını təşkil edir və biz gördüyümüz işlərdə bu siyasətə layiq olmağa çalışırıq.

Eyni zamanda qürur hissi ilə qeyd edirəm ki, türkdilli dövlətlərin də qoşulduğu BMT-nin "Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında" Konvensiyasının Sizin 2026-cı il 23 fevral tarixli Sərəncamınızla Azərbaycan Respublikası adından imzalanması dünya mediasiya institutunun inkişafına göstərdiyiniz diqqətin bariz nümunəsidir. Türk dünyasının mediatorlar ailəsi bir-biri ilə daha səmərəli əməkdaşlıq edərək bizə göstərdiyiniz etimadı doğruldacaqlar.

Azərbaycan artıq qlobal miqyasda əsas söz sahiblərindən birinə çevrilmişdir. Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü Sessiyası Sizin rəhbərliyinizlə Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da artmasına, sülh və əməkdaşlıq ideyalarının təşviqinə böyük töhfə vermişdir. Bu tədbir həm də Türk dünyası brendini dünyada tanıtmaq üçün möhtəşəm bir vəsilə olmuşdur.

Sizin Ali Baş Komandanlığınızla işğaldan azad olunmuş Qarabağda aparılan abadlıq və quruculuq işləri bütün dünyaya Azərbaycanın inkişaf modelini nümayiş etdirir. Bu modelin mərkəzində Azərbaycan vətəndaşının rifahı və hüquqlarının qorunması dayanır.

Cənab Prezident, Sizinlə qürur duyuruq. Səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, Zati-alinizin rəhbərliyi ilə Azərbaycan xalqına davamlı firavanlıq və tərəqqi arzulayıram".

xxx

14:55

"Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının sədri Arif Quliyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Olaylar xəbər verir ki, məktubda qeyd olunub:

"Möhtərəm cənab Prezident.

"Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının üzvləri olan soydaşlarımız adından və şəxsən öz adımdan Zati-alinizə və bütün xalqımıza 28 May - Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan böyük şərəf və məmnunluq duyuruq.

Müstəqillik Günü Azərbaycan xalqının milli yaddaşının ən şanlı səhifələrindən biridir və onun azadlıq, istiqlaliyyət arzularının həyata keçdiyi tarixi dönüş nöqtəsidir. Bu il Müstəqillik Günü müqəddəs Qurban bayramı ilə eyni vaxta təsadüf edir və bu, milli azadlıq ideallarının şəfqət, xeyirxahlıq, həmrəylik kimi ali mənəvi dəyərlərlə vəhdətini əyani şəkildə təcəssüm etdirir, eyni zamanda xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə və zəngin milli-mənəvi dəyərlərinə möhkəm bağlılığını göstərir.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan beynəlxalq miqyasda böyük nüfuz qazanmış və söz sahibinə çevrilmişdir. Bu gün ölkəmiz dünyada etibarlı və ciddi tərəfdaş kimi tanınır, müstəqil siyasət həyata keçirir, sülhə, sabitliyə, əməkdaşlığa mühüm töhfələr verir.

Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə qazanılan möhtəşəm zəfərlər xalqımızla yanaşı, xaricdə yaşayan bütün azərbaycanlılar tərəfindən də böyük qürurla, sevinclə və minnətdarlıqla qarşılanır.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına davamlı sülh, rifah və tərəqqi arzulayırıq".

xxx
14:51

Mərkəzi Asiya Mediatorlar Konsorsiumunun həmsədrləri Jandilda Jakupov və Gülsina Kojoyarova Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

Olaylar xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident.

Sizi Mərkəzi Asiya Mediatorlar Konsorsiumu adından 28 May - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Bu əlamətdar bayram xalqınızın müstəqillik əzmini, milli birliyini və mənəvi dəyərlərə bağlılığını aydın şəkildə təcəssüm etdirir.

Türk dövlətlərinin liderləri ilə səmimi dostluğunuz bizim fəaliyyətimizə birbaşa müsbət təsir göstərir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Japarov ilə dostluq və qardaşlıq əlaqələriniz ölkələrimizin peşəkar birlikləri arasında əməkdaşlığın möhkəmləndirilməsində və inkişaf etdirilməsində mühüm rol oynayır.

Sizin rəhbərliyinizlə Azərbaycan regionda sülhün, sabitliyin və əməkdaşlığın təbliğatçısına çevrilib. Türk dünyasının birliyinin və beynəlxalq səviyyədə etimadın gücləndirilməsi üzrə səyləriniz bütün dövlətlər üçün nümunədir.

Sizin tərəfinizdən imzalanmış "Mediasiya haqqında" Qanun əsasında yaradılan Azərbaycan Respublikasının Mediasiya Şurası ilə həm Türk Dünyası Mediatorlar Birliyi, həm də Mərkəzi Asiya Mediatorlar Konsorsiumu çərçivəsində səmərəli əməkdaşlıq edirik. Ölkələrimiz arasında qarşılıqlı səfərlər və təcrübə mübadiləsi əldə edilən nailiyyətlərin miqyasını bir daha təsdiqləyir.

Azərbaycana bütün səfərlərimiz zamanı Türk dünyasının görkəmli xadimi, Ümummilli Lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını xüsusi ehtiramla ziyarət edir və onun böyük işlərini həmişə minnətdarlıqla xatırlayırıq. Sizə və Azərbaycana olan hörmətimiz sonsuzdur. 2026-cı ilin aprelində Azərbaycanın BMT-nin "Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında" Konvensiyasına qoşulmasını məmnunluq hissi ilə qeyd edirik. Bu, Sizin qlobal mediasiya institutunun inkişafına göstərdiyiniz diqqətin bariz nümunəsidir. İnanırıq ki, Türk dünyasının mediatorlar ailələri onlara göstərilən etimadı doğruldaraq daha səmərəli əməkdaşlıq edəcəklər.

Qürur hissi ilə bildiririk ki, Ümumdünya Şəhərsalma Forumunun
Bakıda keçirilən 13-cü Sessiyası Sizin rəhbərliyinizlə Azərbaycanın ən əhəmiyyətli qlobal təşəbbüslərindən biri kimi tarixə düşdü. Bu sessiya həm Azərbaycanın beynəlxalq mövqeyinin bundan sonra da möhkəmləndirilməsi, həm də Türk dünyası brendinin qlobal miqyasda təşviqi baxımından mühüm hadisəyə çevrildi.

Bu gün azad edilmiş Qarabağda aparılan bərpa və yenidənqurma işləri Azərbaycanın inkişaf modelini bütün dünyaya nümayiş etdirir. Bu modelin mərkəzində vətəndaşların rifahı, onların hüquqlarının qorunması və davamlı inkişaf dayanır.

Cənab Prezident, Zati-alinizi bir daha təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı firavanlıq və tərəqqi arzulayırıq".

xxx
13:07

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Olaylar xəbər verir ki, məktubda qeyd olunub:

"Möhtərəm cənab Prezident.

Sizi 28 May - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir və
ən xoş arzularımı bildirirəm.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan dövləti ötən 35 il ərzində çətin və şərəfli yol keçmişdir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkəmizin həyatında böyük dəyişikliklər baş verdi, sabitlik yarandı, iqtisadiyyat inkişaf etməyə başladı, müasir ordu quruldu, dünyanın aparıcı şirkətləri ilə enerji sahəsində çox mühüm layihələr həyata keçirildi və Azərbaycan bölgədə lider dövlətə çevrildi.

Siz Ulu Öndər Heydər Əliyevin ideyalarına yeni nəfəs gətirdiniz, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız uzaqgörən siyasətiniz sayəsində azad edildi. Bu gün Azərbaycan xalqı Müstəqillik Gününü qalib xalq kimi qeyd edir. Sizin ardıcıl siyasətiniz nəticəsində minlərlə soydaşımız doğma yurdlarına qayıdır.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı, ailə səadəti,
ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayıram".

xxx
22.05.2026
17:40

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Olaylar xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Bu əlamətdar bayram Azərbaycan Respublikasının suverenliyini, dövlətçiliyini möhkəmləndirmək, davamlı inkişafını sürətləndirmək, vətəndaşlarının rifahını daha da yaxşılaşdırmaq istiqamətində görülən mühüm işləri təcəssüm etdirir.

Qoy, bu bayram respublika vətəndaşlarının qəlbini ölkələrinə görə qürur, onun daha xoşbəxt gələcəyinə inam və qazanılan uğurlarla bağlı tükənməz sevinc hissi ilə doldursun!

Sizə möhkəm cansağlığı, firavanlıq və Azərbaycan Respublikasının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram".

xxx
21.05.2026
16:38

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski və Baş katibin müavini Aydın Cəfərov Prezident İlham Əliyevə təbrik məktubu göndəriblər.

Olaylar xəbər verir ki, məktubda deyilir:

"Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından milli bayramınız - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbriklərimizi qəbul etməyinizi xahiş edirik.

Bu bayram xalqın azadlıq iradəsini və müstəqil inkişaf əzmini təcəssüm etdirir. Sizin müdrik rəhbərliyinizlə Azərbaycan dövlət suverenliyini, beynəlxalq arenada öz mövqeyini möhkəmləndirmək, iqtisadi inkişafını sürətləndirmək yolunda inamla irəliləməkdə davam edir. Əminik ki, uzaqgörənliyiniz və qətiyyətiniz sayəsində Azərbaycan Respublikası gələcəkdə daha da inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq".

xxx
16:37

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramin Həsən Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Olaylar xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi bildirməkdən böyük şərəf və məmnunluq duyuram.

Müstəqillik Günü Azərbaycan xalqının milli yaddaşının ən şanlı səhifələrindən biri kimi onun azadlıq və istiqlaliyyət arzularının gerçəkləşdiyi tarixi dönüş nöqtəsidir. Bu il Müstəqillik Günü ilə müqəddəs Qurban bayramının eyni vaxta təsadüf etməsi milli azadlıq ideallarının türk xalqlarının daim uca tutduğu xeyirxahlıq, mərhəmət, birlik və həmrəylik kimi ali mənəvi dəyərlərlə vəhdətini parlaq şəkildə təcəssüm etdirərək, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinə və zəngin mənəvi irsinə sarsılmaz bağlılığını göstərir.

Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın fəal mövqeyi türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşməsinə, qardaşlıq ruhunun möhkəmlənməsinə qiymətli və ardıcıl töhfələr verir. Azərbaycan dövlətinin Türk Dövlətləri Parlament Assambleyasının fəaliyyətinə göstərdiyi daimi diqqət və dəstəyin təşkilatımızın inkişafında, parlamentlərarası dialoq və əməkdaşlıq platforması kimi nüfuzunun artmasında xüsusi rolunu vurğulayaraq,
Zati-alinizə bir daha dərin minnətdarlığımı bildirirəm.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına və Türk dünyasına davamlı sülh, rifah və tərəqqi arzulayıram".

xxx

15:52

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Olaylar xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-alinizə Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı bildirirəm.

Qardaş Azərbaycan Hökumətinə və xalqına daha da sürətli inkişaf və rifah arzulayıram.

Zati-alinizə hörmət və ehtiramımı ifadə edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31