Saakaşvili yetişdirdiyi uğurlu kadrlardan və "siyasi bataqlığa" düşənlərdən danışıb – ÖZƏL
15:35 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə həm Gürcüstanda, həm də Ukraynada bir çox uğurlu şəxsiyyətin, o cümlədən nazir, səfir, Ukrayna Milli Anti-Korrusiya Bürosunun rəhbəri və "Azov" komandirlərinin siyasi arenaya çıxmasına kömək etdiyini bildirib. O, heç kimə həsəd aparmadığını, əksinə, yetirmələrinin beynəlxalq səviyyədəki uğurları ilə fəxr etdiyini vurğulayıb.
Bununla belə, Saakaşvili böyük səylərinə rəğmən bəzi siyasətçilərin etimadı doğrultmadığını qeyd edib. İrakli Okruaşvilinin ambisiyalarına yenik düşərək korrupsiyaya qurşandığını, Nika Meliyanın isə göstərilən dəstəyə və bağışlanılan səhvlərə baxmayaraq, eyni bataqlığa yuvarlandığını bildirib.
Siyasətin ilk növbədə insanlıq olduğunu vurğulayan Saakaşvili, Meliyaya qarşı heç bir mənfi hissinin olmadığını qeyd edərək ona tezliklə azadlıq və xoşbəxt həyat arzulayıb.