Hər bir ev qlobal süni intellekt ekosisteminin kiçik bir hissəsinə çevrilə bilir- ÖZƏL
15:33 Siyasət"Gələcəyin nefti məlumat idisə, gələcəyin elektrik stansiyası və məlumat mərkəzi bəlkə də sizin yaşadığınız bina olacaq. NVIDIA hər kəsə ildə 22 000$ ala biləcək bir platforma test edir. Hər kəs öz evinə NVİDİA GPU ları ilə doldurulmuş kiçik Aİ Node alıb qoyarsa və şəbəkəyə qoşub Nvidianın istifadəsinə verərsə, şirkətdən pul ala biləcək. Hələlik Aİ node üçün tələb olunan investisiya 200 000$ dır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Bu yanaşma yeni bir mərhələni başladır: Süni İntellekt nəhəng məlumat mərkəzlərində deyil, milyonlarla insanların evlərində işləyəcək.Yüksək performanslı AI hesablama avadanlıqları yaşayış evlərinin enerji və infrastruktur imkanlarından istifadə etməklə paylanmış şəbəkə şəklində qurulur. Beləliklə, hər bir ev qlobal süni intellekt ekosisteminin kiçik bir hissəsinə çevrilə bilir.
Əgər bu model geniş miqyasda tətbiq olunarsa, gələcəyin süni intellekt infrastrukturu yalnız böyük texnologiya şirkətlərinin məlumat mərkəzlərindən deyil, minlərlə ev və binadan ibarət paylanmış hesablama şəbəkəsindən formalaşa bilər. Bu isə enerji, daşınmaz əmlak və rəqəmsal iqtisadiyyatın kəsişməsində tamamilə yeni biznes modellərinin yaranmasına səbəb olacaq".