Köçəryan: Paşinyan Türkiyənin xoşuna gəlmək üçün tarixi yenidən yazmağa çalışır – ÖZƏL

Ermənistanın Baş naziri Nikol Paşinyan Ankaraya xoş görünmək məqsədilə Ermənistan-Türkiyə münasibətlərinin tarixini yenidən yazmağa çalışır. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın "RBC" kanalına müsahibəsində ölkənin ikinci prezidenti, "Ermənistan" alyansının lideri Robert Köçəryan bildirib. Köçəryan qeyd edib ki, Ermənistanın əvvəlki rəhbərlərindən heç biri qondarma erməni soyqırımının tanınmasını Türkiyə ilə münasibətlərin qurulması üçün ilkin şərt kimi irəli sürməyib, lakin Paşinyan daha da irəli gedərək tarixi hadisələrə yanaşmanı tamamilə dəyişir. 

Keçmiş dövlət başçısının sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyəti ölkənin Avropa İttifaqına üzvlüyünün qeyri-real olduğunu yaxşı anlayır və faktiki olaraq regionda Rusiyanın təsirini Türkiyənin təsiri ilə əvəzləməyə çalışır. Köçəryan əlavə edib ki, Paşinyan qlobal geosiyasi dəyişikliklər fonunda Ankara ilə daha sıx münasibətlər qurmağa can atır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31