Qərb Rusiya ilə İslam dünyası arasında qarşıdurma yaratmağa çalışır-ÖZƏL
13:32 SiyasətRusiya Elmlər Akademiyasının akademiki və Şərqşünaslıq İnstitutunun elmi rəhbəri Vitali Naumkin bildirib ki, bəzi Qərb ölkələri Rusiya ilə İslam dünyası arasında qarşıdurma yaratmağa çalışır. Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, rusofobiya və islamofobiya paralel şəkildə inkişaf edir. Naumkin hesab edir ki, Qərb xristian və islam dünyaları, eləcə də Rusiya ilə İslam ölkələri arasında nifaq salmağa cəhd göstərir.
Ekspert həmçinin qeyd edib ki, Fələstin-İsrail münaqişəsi fonunda Qərb ölkələrində geniş yayılmış islamofobiya meylləri də müşahidə olunur. O, Rusiya ilə Yaxın Şərq arasındakı münasibətlərin rusofobiya fonunda qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31