“Rusiya Ermənistandan balıq idxalını dayandırmalıdır” – ÖZƏL

İyunun 2-dən etibarən Ermənistan, yoxlamadan keçmiş iki şirkət istisna olmaqla, bütün digər yerli müəssisələrin Rusiyaya ixrac edilən diri balıq və balıq məhsullarına baytarlıq sertifikatlarının verilməsini dayandırmalıdır. 

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı "Rosselxoznadzor" yayıb. Qurumun bəyanatına görə, mayın 21-dən 27-dək Ermənistandakı balıq emalı müəssisələri və qızılxallı balıq (forel) təsərrüfatlarında yoxlamalar aparılıb, lakin müəssisələrin 50%-i yoxlamadan imtina edib. Yaranmış vəziyyət tənzimlənənə qədər tətbiq edilən bu qadağadan kənar qalan və Rusiyaya məhsul göndərməsinə icazə verilən həmin iki zavodun malları isə bazara yalnız laborator təhlükəsizlik monitorinqi şərti ilə buraxılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31