Qalibaf: "İran tarixi qarşıdurmada düşmənlərini geri çəkilməyə məcbur edir" – ÖZƏL

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsinin "böyük və tarixi bir qarşıdurma" çərçivəsində rəqiblərini geri çəkilməyə məcbur etdiyini bəyan edib. 

Olaylar.az xəbər verir ki, "Tasnim" agentliyinin məlumatına görə, spiker əldə olunan uğurların əsas amilləri kimi milli birliyi, cəmiyyətin dözümlülüyünü və respublikanın hərbi potensialını göstərib.
Parlamentin virtual iclasında çıxış edən Qalibaf ölkədəki son hadisələrin - raket və dəniz əməliyyatlarından tutmuş kütləvi aksiyalara qədər - İranın ali lideri Müctəba Xameneinin rəhbərliyinin nəticəsi olduğunu vurğulayıb. O, həmçinin xəbərdarlıq edib ki, hərbi sahədə uğursuzluğa düçar olan düşmənlər indi iqtisadi təzyiqlər və informasiya kampaniyaları vasitəsilə daxili parçalanma yaratmağa çalışırlar.

"İran öz öhdəliklərini yalnız konkret nəticələr müqabilində yerinə yetirəcək. İran xalqının hüquq və mənafelərinin qorunacağına tam əminlik yaranmayana qədər heç bir saziş təsdiqlənməyəcək", - deyə parlament sədri diplomatların qarşı tərəfin vədlərinə inanmadığını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31