Aİ-də ekosistemlərə hüquqi şəxs statusu verilməsi təklif olunur- ÖZƏL
10:30 SiyasətOlaylar.az xəbər verir ki, Avropa İttifaqında ekosistemlərə hüquqi şəxs statusunun verilməsi təşəbbüsü irəli sürülüb. Bu məqsədlə bir qrup fəal və hüquqşünas Avropa İttifaqının rəsmi portalında petisiya başladıb. Petisiya müəllifləri Avropa Komissiyasını ekosistemlərin "özünəməxsus dəyərə və fundamental hüquqlara malik olduğunu" tanıyan xüsusi direktiv qəbul etməyə çağırırlar. Təklifə əsasən, təbii obyektlərə hüquqi şəxs statusu veriləcək və insanlar onların maraqlarını həm qərar qəbuletmə proseslərində, həm də zərurət yarandıqda məhkəmələrdə təmsil edə biləcəklər.
Təşəbbüsün müəllifi, alman hüquqşünası Emmanuel Şlixter bildirib ki, məqsəd təbiətin qorunmasına yeni yanaşma formalaşdırmaqdır. Onun sözlərinə görə, Avropada, xüsusilə də Aİ səviyyəsində ətraf mühitin mühafizəsi siyasətində geriləmə müşahidə olunur və bu təşəbbüs ekoloji təşkilatlara əlavə dəstək verməyi hədəfləyir.