COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi
20:11 SiyasətÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb.
ÜST-nin məlumatına əsasən, qlobal miqyasda 13 milyard 642 milyon 98 min 70 nəfər COVID-19 əleyhinə peyvənd olunub.
ÜST-nin son COVID-19 statistikasına görə, 63 ölkədən daxil olan hesabatlar əsasında ümumilikdə 11 min 948 yeni yoluxma qeydə alınıb. Yeni yoluxmaların böyük hissəsi Braziliyanın payına düşür - bu ölkədə 6 min 700 yoluxma aşkarlanıb.
Tayland, Belarus və Almaniyada hər birində 1 yeni yoluxma faktı qeydə alınıb.
Türkiyə, Azərbaycan, Qırğızıstan və Rusiya kimi ölkələrdən isə yeni yoluxma halları barədə məlumat verilməyib./trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31