Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.Artıq bununla bağlı deputatlardan imzalar toplanılıb.Parlamentin növbədənkənar sessiyasının iyun ayında keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər. Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatır./apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31