Maya Sandu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
18:42 SiyasətMoldova Prezidenti Maya Sandu azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Olaylar məktubu təqdim edir:
Hörmətli cənab Prezident.
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Moldova xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Bu bayram münasibətilə Sizə, ailənizə və Azərbaycan xalqına sülh və rifah arzulayıram. Moldova Cənubi Qafqazda davamlı sülhə ümid edir və biz inanırıq ki, dialoq və əməkdaşlıq sabitliyə və tərəqqiyə aparan ən etibarlı yoldur.
Azərbaycan həmişə Moldovanın etibarlı dostu olub və dialoqumuzu davam etdirməyi səbirsizliklə gözləyirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31