Prezident İlham Əliyev: Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır
16:48 SiyasətBizim beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirib.
"Bizim dünya miqyasında çox yüksək reputasiyamız var, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər", - deyə dövlətimizin başçısı əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31