AXC-dən müasir Azərbaycana: müstəqillik ideallarının tarixi davamı- ÖZƏL
16:00 Siyasət" 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsi, xalqımızın çoxəsrlik dövlətçilik tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı idi. Cümhuriyyət, İslam dünyasında hüquqi, dünyəvi və parlamentarizm ənənələrinə əsaslanan ilk respublika modelini yaratdı. Lakin XX əsrin sonunda yenidən qazanılan müstəqilliyin qorunması və daimi olması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır"
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:
"1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev, ölkəni daxili xaosdan və parçalanma təhlükəsindən xilas edərək müstəqilliyimizi dönməz etdi. "Əsrin müqaviləsi" və reallaşdırdığı qlobal layihələrlə müasir Azərbaycan dövlətinin güclü iqtisadi və siyasi təməllərini atdı.
Bu gün həmin strateji xətt qalib lider, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ən uca zirvəyə çatdırılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm iqtisadi müstəqilliyini tam təmin etdi, həm də regional liderə çevrildi. Qalib liderin uzaqgörən siyasəti və sarsılmaz iradəsi sayəsində rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdi. Bu tarixi zəfər, AXC-nin yarımçıq qalmış müstəqillik idealının və ulu öndərin vəsiyyətinin reallığa çevrilməsi oldu.
Hazırda Azərbaycanın regionda güclənən siyasi və iqtisadi mövqeyi ölkənin gələcək inkişafının əsas təminatıdır. "Orta Dəhliz" layihəsində mərkəzi qovşağa çevrilməyimiz ölkəyə uzunmüddətli strateji üstünlük qazandırır. Ərazi bütövlüyünü tam bərpa etmiş rəsmi Bakı artıq regionda təhlükəsizlik memarlığını formalaşdıran əsas tərəfdir".
Zeynəb Mustafazadə