Müstəqillik yolunda Azərbaycanın tarixi nailiyyətləri- ÖZƏL
15:02 SiyasətAzərbaycan xalqı tarix boyu azadlıq və müstəqillik uğrunda böyük mübarizələr aparıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bu mübarizənin məntiqi nəticəsi kimi meydana çıxdı. 1918-ci ildə qurulan respublika xalqımızın milli iradəsini bütün dünyaya nümayiş etdirdi. Şərqdə ilk parlamentli respublikanın Azərbaycanda təşəkkül tapması böyük tarixi hadisə idi. Cümhuriyyət rəhbərləri dövlət quruculuğu istiqamətində mühüm qərarlar qəbul etdilər. Həmin dövr xalqımızın siyasi və milli şüurunun yüksəliş mərhələsi kimi yadda qaldı.
Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə mühüm islahatlar həyata keçirdi. Dövlət bayrağı, himni və digər atributların qəbul olunması milli dövlətçiliyin formalaşmasına xidmət etdi. Ordunun yaradılması ölkənin təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyırdı. Parlamentdə qəbul edilən qanunlar demokratik idarəçilik prinsiplərinin möhkəmləndirilməsinə yönəlmişdi. Təhsil sahəsində görülən işlər xalqın gələcəyinə hesablanmış strateji addımlar idi. Cümhuriyyətin fəaliyyəti sonrakı nəsillər üçün örnək rolunu oynadı.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Həmin dövrdə ölkədə hökm sürən böhran dövlət müstəqilliyini ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Ümummilli Lider Heydər Əliyev qısa müddətdə ölkədə sabitlik və siyasi birlik yaratmağa nail oldu. Dövlət institutlarının möhkəmləndirilməsi Azərbaycanın gələcək inkişafına geniş imkanlar açdı. Neft strategiyasının həyata keçirilməsi iqtisadi inkişafın əsas dayaqlarından birinə çevrildi. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu məhz həmin dövrdə sürətlə artmağa başladı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Böyük infrastruktur layihələrinin həyata keçirilməsi ölkənin iqtisadi potensialını əhəmiyyətli dərəcədə gücləndirdi. Regionların sosial inkişafına göstərilən diqqət xalqın rifahının yüksəlməsinə xidmət etdi. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyi daha da möhkəmləndi. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin dünya miqyasında söz sahibinə çevrilməsinə şərait yaratdı. Azərbaycanın uğurlu inkişaf modeli bir çox dövlətlər tərəfindən maraqla izlənilir.
2020-ci ildə əldə olunan tarixi Qələbə xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu yüksək peşəkarlıq və qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət tarixi ədalətin bərpasını təmin etdi. Hazırda azad edilmiş ərazilərdə geniş quruculuq işləri həyata keçirilir. Yeni yaşayış məntəqələrinin salınması və infrastruktur layihələrinin icrası Böyük Qayıdış proqramının əsas istiqamətlərindəndir. Azərbaycanın gələcək inkişafı üçün yaradılan möhkəm təməl ölkəmizin uğurlarını daha da artıracaq.
Leyla Babışova
YAP Şuşa rayon təşkilatının sədr müavini