İranın xarici işlər naziri viza problemləri səbəbindən Təhlükəsizlik Şurasının iclasında iştirak etməyəcək- ÖZƏL
12:40 Siyasətİranın xarici işlər naziri Abbas Əraqçi viza problemləri səbəbindən Nyu-Yorkda keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etməyəcək. Olaylar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai bildirib.
ISNA onun sözlərini sitat gətirib: "Bütün şərtlər nəzərə alınmaqla, bu səfər baş tutmayacaq. Bundan əlavə, Amerika vizamızla bağlı problemimiz var".
BMT Təhlükəsizlik Şurasının iclası mayın 26-da keçiriləcək. Əraqçi tədbirə BMT Təhlükəsizlik Şurasına sədrlik edən Çin tərəfindən dəvət olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31