Müstəqil Azərbaycan Respublika dünyanın ən nüfuzlu təşkilatlarının üzvüdür- ÖZƏL

"XX əsrdə xalqımız üç Respublika yaşadı. Birinci Respublikanın ömrü qısa, amma ərazisi böyük idi. Birincini Azərbaycanın milli-demokratik ziyalıları qurdular, xalq da onları müdafiə etdi. İkinci Respublikanın ömrü birinciyə nisbətən uzun oldu, amma xeyli ərazimizi əlimizdən aldılar. İkinci Respublika birinci Respublika dövründə qazanılanların üzərində xətt çəkdi. İkinci Respublika kənar müdaxilə nəticəsində quruldu. Bu Respublika müstəqil yox, müttəfiq adlandı. Üçüncü Respublika 1991-ci ildə quruldu. Üçüncü Respublika özünü birinci Respublikanın siyasi varisi elan etdi. Bu Respublika xalqın tələbi və iradəsinin nəticəsi kimi yarandı. 30 ildən çoxdur ki, bu Respublika yaşayır, yaradır və dünyanın ən nüfuzlu təşkilatlarının üzvüdür". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar İskəndərov deyib: "Azərbaycan  Respublikası  Birinci Respublikanın qaldırdığı üç rəngli bayrağını  Azərbaycanın suveren ərazisində həmişəlik dalğalanması üçün bütün istiqamətlərdə mübarizəsini davam etdirir. 2016-cı ilin Aprel döyüşləri bütün dünyaya sübüt etdi ki,Azərbaycanın öz tarixi torpaqlarını azad etmək üçün güclü ordusu,ən müasir silahları, qətiyyətli  dövlət başçısı başda olmaqla xalqla hakimiyyətin sarsılmaz birliyi mövcuddur.
   Aprel döyüşləri göstərdi ki, düşmən ordusunun yenilməzliyi haqqında yazılanlar Azərbaycanı öz haqq yolundan döndərə bilməz. Vətənini sevən, onun üçün canını verməyə hazır Azərbaycan əsgəri, illər idi ki,Ali Baş Komandanın əmrini səbrsizliklə gözləyirdi. Ali Baş Komandan siyasi qərarını qəbul etdi,17 il idi ki,Vətəni qorumaq üçün yetişdirdiyi ƏSGƏRi 44 gün ərzində düşməni darmadağın etdi. Düşmənin havadarlarının etiraz və təzyiqləri heç bir nəticə vermədi. Vətən torpağı üçün ölüm-dirim müharibəsinə girən Azərbaycan əsgərini heç bir güc saxlaya bilməzdi və saxlaya bilmədi. Düşmən danışıqsız kapitulyasiya aktını imzaladı. İllərlə düşmən işğalı altında qalan torpaqlarımız azad olundu. Cümhuriyyətin əmanəti üçrəngli bayrağımız hazırda Azərbaycanın bütün bölgələrində şərəflə dalğalanır.
   Əvvəlki illərdən fərqli olaraq 2021-ci ildən  "Müstəqillik günü"nü qalib ölkənin vətəndaşları kimi qeyd edirik. Bundan böyük xoşbəxtlik nə ola bilər? Şəhidlərin intiqamını alan, öz ərazi bütövlüyünü  və suverenliyini bərpa edən, qalib  Azərbaycan! Müstəqillik günün mübarək"!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31