Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda qeyd olunub:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edən Türkmənistan-Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığının yüksək səviyyəsini böyük məmnunluqla qeyd edirəm. Qəti əminəm ki, münasibətlərimiz iki qardaş xalqın rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, səadət, ali dövləti vəzifənizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və davamlı rifah arzulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31