Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib
11:24 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb.
Məktubda qeyd olunub:
"Əlahəzrət,
İordaniya Haşimilər Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost İordaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31