Volski: "Müxalifət dinc aksiyanın dövlətlə qarşıdurmaya çevrilməsini istəyir" – ÖZƏL
11:03 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin birinci vitse-spikeri Giya Volski müxalifətin mayın 26-na planlaşdırdığı etiraz aksiyası barədə danışarkən bildirib ki, müxalifət dinc aksiyanın dövlət strukturları ilə qarşıdurmaya çevrilməsini və ölkədə ekstremizmin yenidən vüsət almasını hədəfləyir.
Volskinin sözlərinə görə, aksiya təşkilatçıları qabaqcadan xəbərdarlıq etmə qanununu qəsdən pozaraq, Müstəqillik Günü tədbirləri üçün artıq planlaşdırılmış və təsdiqlənmiş ərazidə qanunsuz olaraq səhnə qurmağa çalışırlar.
Bu addımın qəsdən gərginlik və qarşıdurma yaratmaq məqsədi daşıdığını vurğulayan vitse-spiker, prosesin pərdə arxasında Mixeil Saakaşvilinin dayandığını və müxalifətin xarici maraqlara xidmət edərək qarşıdurma yaratmağı özünə peşə seçdiyini bəyan edib.