Deputat Sankt-Peterburqda tədbirə qatılıb
13:50 SiyasətSankt-Peterburqda MDB Parlamentlərarası Gənclər Assambleyasının XXVI iclası keçirilib. İclada Milli Məclisin deputatı Könül Nurullayeva iştirak edib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Sankt-Peterburqda keçirilən MDB Parlamentlərarası Gənclər Assambleyasının XXVI iclasında iştirak edərək, "Süni intellekt texnologiyalarının gənclərə təsiri və onların dövlət gənclər siyasətinin həyata keçirilməsində istifadəsi" mövzusunda çıxış etdim. Çıxışım zamanı Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "2025-2028-ci illər üçün Azərbaycan Respublikasında Süni İntellektin İnkişaf Strategiyası", Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti, Süni İntellekt Akademiyasının yaradılması, gənclərin süni intellekt sahəsində bilik və bacarıqlarının inkişafı, innovasiya və startap ekosisteminin gücləndirilməsi, eləcə də Qarabağın bərpasında "Ağıllı şəhər", "Ağıllı kənd, dayanıqlı inkişaf və "yaşıl enerji" prinsiplərinin tətbiqi daxil olmaqla, ölkəmizdə rəqəmsal transformasiya və süni intellekt sahəsində həyata keçirilən mühüm dövlət siyasəti və prioritet istiqamətləri xüsusilə vurğuladım".