Santyaqo Penya Prezident İlham Əliyevi təbrik edib

Paraqvay Respublikasının Prezidenti Santyaqo Penya Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Olaylar xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Paraqvay xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan məmnunluğumu bildirirəm.
Bu əlamətdar bayram münasibətilə qardaş Azərbaycan xalqına sülh, rifah və firavanlıq arzulayıram.

Paraqvay Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsini diləyirəm.

Fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək ehtiramımı və dərin hörmətimi bir daha ifadə edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31