Kim Çen In Prezident İlham Əliyevi təbrik edib
19:46 SiyasətKoreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen In Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Olaylar xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə ölkənizin hökumətinə və xalqına təbriklərimi çatdırıram.
Ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri qarşılıqlı maraqlara uyğun olaraq gələcəkdə də möhkəmlənəcək və inkişaf edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31