Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevi təbrik edib
19:09 SiyasətBirləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Olaylar.az xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Sizə möhkəm cansağlığı, səadət, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.
Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31