Tramp “Corc Buş”u Yaxın Şərqə GÖNDƏRİR

ABŞ-nin "Corc Buş" aviadaşıyıcısı hazırda Madaqaskar bölgəsindədir və yaxın bir neçə gün ərzində Yaxın Şərqə çatacağı gözlənilir.

Musavat.com xəbər verir ki, gəmi artıq bölgədə fəaliyyət göstərən digər iki Amerika aviadaşıyıcısına qoşulmalıdır.

Hazırda regionda Hörmüz boğazı yaxınlığında "Abraham Lincoln" və Qırmızı dənizdə fəaliyyət göstərən "Gerald Ford" aviadaşıyıcıları mövcuddur.

Məlumata görə, "Corc Buş" təxminən 300 gündür fasiləsiz xidmət edən "Gerald Ford" gəmisini əvəz edə bilər.

Nəticədə, müəyyən müddət ərzində sözügedən bölgədə eyni anda üç ABŞ aviadaşıyıcısı yer alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31