İsrailin Livana hücumdan məqsədi təkcə Hizbullah deyil- ÖZƏL

"Livanın cənubunda İsrail əsgərinin İsanın heykəlini çəkiclə vurduğunu göstərən  foto geniş rezonansa  səbəb olub. İsrail Baş naziri Benyamin Netanyahu "şoka düşdüyünü və kədərləndiyini" bildirib. Xarici işlər naziri Gideon Saar "Bu hadisəyə görə hissləri təhqir olunan  hər bir xristiandan üzr istəyirik" deyib". Bunu "Olaylar"a politoloq Əlimusa İbrahimov deyib: "Yerli sakinlər heykəlin İsrailin Hizbullahla müharibəsi zamanı sakinlərin qaldığı münaqişə zonasındakı azsaylı Livan kəndlərindən biri olan Debalın kənarındakı şəxsi evin yaxınlığında çarmıxa çəkildiyini bildirirlər.
Bu hadisə maraqlı faktları ortaya qoyur. Xristianlığın simvolu olan İsa peyğəmbərin heykəli ilə belə davranan İsrail əsgəri müsəlmanların müqəddəs məkanları və şəxsiyyətlərinə necə münasibət göstərərdi. İsrail Livanda yerləşən Hizbullah silahlılarına qarşı mübarizə apardığını bildirir. İsanın heykəli isə müsəlmanların deyil məhz xristianların yaşadığı ərazidə təhqirə məruz qalıb. Deməli İsrailin Livana hücumdan məqsədi təkcə Hizbullah deyil bütün Livandır. Xristianl, müsəlmanlı, druzlu Livan".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31