Paşinyan Ermənistanda legitimliyin bərpası üçün yeni Konstitusiyanın qəbulunu zəruri hesab edir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan "Facebook" səhifəsindəki canlı yayım zamanı ölkədə hüquq qaydası ilə xalq arasındakı bağın qopduğunu bildirib. O qeyd edib ki, əvvəlki referendumların nəticələrinə olan kütləvi şübhələr legitimlik çatışmazlığına, bu isə öz növbəsində ədalətsizliyə və etimadsızlığa yol açıb. 

Paşinyanın sözlərinə görə, bu gərginliyi aradan qaldırmağın yeganə yolu xalqın birbaşa iradəsi ilə yeni Konstitusiyanın qəbul edilməsidir. Yeni sənədlə həm də andlı iclasçılar institutunun tətbiqi, məhkəmə islahatlarının davam etdirilməsi və demokratik təsisatların inkişafı nəzərdə tutulur. Baş nazir vurğulayıb ki, yeni Ana Qanun vətəndaşların mövcud hüquq sisteminə aidiyyət hissini bərpa edərək dövlətçiliyin legitimliyini tam təmin edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31