Azərbaycan bəşəriyyəti narahat edən problemlərin həllində açar ölkə statusuna yüksəlib- ÖZƏL

"Bu gün Azərbaycan diplomatiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə  ən parlaq dövrünü yaşayır. İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə ölkəmiz beynəlxalq tədbirlərdə, sadəcə, iştirakçı qismində deyil, strateji baxışları böyük maraq doğuran aparıcı ölkə kimi çıxış edir". "Olaylar" xəbər verir ki, bunu  YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev deyib: "Azərbaycanın beynəlxalq aləmdə nə dərəcədə arzulanan və etibarlı tərəfdaş olduğunu Münxendən Davosa, Şanxaydan Antalyaya qədər uzanan diplomatik coğrafiya bir daha təsdiqləyir. Cənab Prezidentin uğurlu strategiyası və ölkəmizin beynəlxalq platformalarda xüsusi fəallığı Azərbaycanı dünya siyasətinin mühüm aktorlarından birinə çevirib. Regional və qobal müstəvidə Azərbaycanın artan rolu və nüfuzu dövlətimizi bəşəriyyəti narahat edən problemlərin həllində açar ölkə statusuna yüksəldib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31