Papuaşvili: Bolqarıstandakı seçki nəticələri Qərbin "koalisiya hökuməti" təbliğatını iflasa uğratdı – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərini şərh edərək, Qara dəniz regionundakı maraqlar kontekstində bu ölkədə sabit hökumətin qurulmasının Gürcüstan üçün prioritet olduğunu bildirib. Bolqarıstanda son 5 ildə səkkizinci dəfə seçki keçirildiyini xatırladan spiker, eks-prezident Rumen Radevin partiyasının qələbə qazanaraq təkpartiyalı stabil çoxluq yaratmaq imkanını müsbət qiymətləndirib.

Eyni zamanda, Papuaşvili Bolqarıstan və Macarıstandakı seçki nəticələrini Gürcüstanın daxili işlərinə müdaxilə edən beynəlxalq dairələrə cavab kimi xarakterizə edib. O qeyd edib ki, Brüssel və bəzi xarici qruplar uzun müddət Gürcüstanda təkpartiyalı və ya konstitusion çoxluğun "qeyri-demokratik" olduğunu təbliğ etsələr də, Avropanın özündə bənzər nəticələri dərhal tanıyıb təbrik edirlər. Papuaşvilinin sözlərinə görə, bu faktlar Brüsselin "koalisiya hökuməti mütləqdir" yanaşmasının və xarici müdaxilə cəhdlərinin növbəti məğlubiyyətidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31