ABŞ-də 907-ci düzəlişin ləğvi: daha iki konqresmen təşəbbüsə qoşuldu
14:18 SiyasətABŞ Konqresində Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvini nəzərdə tutan qanun layihəsinə yeni həmmüəlliflər əlavə olunub.
Trend xəbər verir ki, respublikaçı konqresmenlər Derrik Van Orden (Derrick Van Orden) və Rendi Fayn (Randy Fine) konqresvumen Anna Paulina Luna tərəfindən irəli sürülən təşəbbüsə qoşulublar.
Məlumata görə, Rendi Fayn ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvüdür.
Qeyd edək ki, "Azərbaycana qarşı yardım məhdudiyyətlərinin ləğvi haqqında" qanun layihəsi ABŞ-nin Azərbaycana yardımını məhdudlaşdıran Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğvini nəzərdə tutur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31