Türkiyə və Rusiya XİN rəhbərləri görüşüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatiya Forumu çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Rusiya və Türkiyə xarici işlər nazirləri Antalya Diplomatiya Forumu çərçivəsində ikitərəfli görüş keçirirlər"- deyə XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova öz "Telegram" kanalında yazıb.

Digər təfərrüatlar açıqlanmır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31