Ceyhun Bayramov Antalyada yəmənli həmkarı ilə görüşdü
13:01 SiyasətAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Yəmənin Baş naziri, xarici işlər və xaricdə yaşayan vətəndaşlarla iş üzrə naziri Şaya Mohsin Zindani ilə görüşüb.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlər siyasi dialoq və ikitərəfli münasibətlərin gücləndirilməsi yollarını müzakirə ediblər.
Həmçinin, çoxtərəfli əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31