İran ölkənin şərq hissəsini beynəlxalq uçuşlar üçün açıb
10:31 Siyasətİran bu gündən etibarən ölkənin şərq hissəsinin səmasının beynəlxalq uçuşlar keçidi üçün açıq olduğunu elan edib.
Trend-in məlumatına görə, bununla əlaqədar İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.
Məlumata görə, eyni zamanda ölkə daxilində bəzi aeroportlarda uçuşlar mərhələli şəkildə hərbi və qeyri-hərbi əməliyyatlarda sərnişinlərə xidmətlərin göstərilməsi istiqamətində texniki hazırlıqlar başa çatdırılaraq bərpa olunacaq.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.