Ermənistan və Azərbaycan artıq sülh vəziyyətindədir — Ermənistan XİN
20:21 SiyasətErmənistan və Azərbaycan sülh vəziyyətindədir.
Bunu Antaliya Diplomatiya Forumu çərçivəsində azərbaycanlı jurnalistlərə Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.
"Ermənistan və Azərbaycan artıq sülh vəziyyətindədir. Biz artıq ilkin mübadilələrə başlamışıq, o cümlədən Azərbaycandan neft məhsullarının idxalı həyata keçirilir. Tərəflər həmçinin gələcək mümkün ticarət üçün malların siyahıları ilə mübadilə ediblər", - deyə o bildirib.
Onun sözlərinə görə, normallaşma prosesi davam edir.
"Sülh sazişinin mətni artıq paraflanıb və biz onun imzalanması və sonrakı ratifikasiyası istiqamətində Azərbaycan tərəfi ilə işi davam etdirəcəyik", - deyə Kostanyan qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31