Azərbaycan Rusiya ilə MÜHÜM SƏNƏDLƏR imzaladı

Zəngilan şəhərində keçirilən Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası çərçivəsində sənədlərin imzalanma mərasimi baş tutub.

Sənədləri iki ölkənin Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçuk imzalayıblar.

Sənədlər iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsini, qarşılıqlı investisiyaların təşviqini, eləcə də müxtəlif sahələr üzrə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.//Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31