Vaxtından əvvvəl, amma zamanında: Dörd qızıl qayda və bir əsr dörd il sonra... ÖZƏL
15:24 Siyasət2026-cı ilin APREL ayındayıq. Təyyarə qəzası ilə bağlı Azərbaycan və Rusiya arasında əldə olunan razılığa əsasən, kompensasiyanın ödənilməsi də daxil olmaqla müvafiq məsələlərin həlli təmin ediləcək.
Düz iki il əvvəl - ötən il APRELİN 16-da Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisini tərk etməyə başladılar və proses iyun ayına qədər yekunlaşdı.
XX əsrin 20-ci ilinin APRELİNDƏ sovet qoşunları Azərbaycana indikindən fərqli statusda (işğalçı qüvvə kimi) daxil olmuş və bu, dövlət müstəqilliyimizin itirilməsi ilə nəticələnmişdi.
Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti isə XXI əsrin 24-cü ilinin APRELINDƏ ölkədən vaxtından əvvəl, amma zamanında çıxmağa başladı. Bu, dövlət suverenliyinin daha da möhkəmlənməsinin ifadəsi idi.
Tam 1 əsr 4 il sonra müşahidə etdiyimiz fakt Prezident İlham Əliyevin 4 qızıl qaydasının real təzahürüdür: vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və maksimum uğura nail olmaq!
Azərbaycan Lideri müsahibələrinin birində yarım əsr irəliyə baxdığını qeyd etmişdi. Onun 50 il sonranı görən bu strateji baxışı nəticəsində qazanılan Zəfər Azərbaycanın 100 illik regional geostrateji arxitekturanı dəyişməsini, 200 illik tarixi ədalətsizliyi aradan qaldırmasını təmin etdi.
Nurlan Qələndərli
YAP İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri